Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Bəşəriyyəti bürüyən bu bəladan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğını daima hiss edən vətəndaşlar çox hörmətli Prezidentimizə öz dərin minnətdarlıqlarını bildirirlər.
Bugünkü statistik məlumatlar da onu sübut edir ki, dünyada ən az yoluxma və ən az itkilərin Azərbaycanda olma səbəbləri, məhz çox hörmətli Prezidentimizin apardığı erkən qabaqlayıcı tədbirlərin nəticəsidir. Dünya xalqlarının öldürücü koronavirus pandemiyası ilə üz-üzə gəldiyi andan hal-hazıradək, Prezidentimizin apardığı qabaqlayıcı tədbirləri ilə öz vətəndaşlarının, xalqının təhlükəsizliyinin qorunması üçün bütün vasitələrdən istifadə edərək sübut etdi ki, o,daima öz xalqının, öz vətəndaşlarının yanındadır.
Möhtərəm Prezidentimizin göstərişi ilə tez bir zamanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və həmin fonda Cənab Prezidentimiz özünün bir illik əməkhaqqını köçürdü. Həmçinin xəstəliyin geniş yayılmaması üçün, xalqa müraciət edərək hamını bir olmağa, karantin qaydalarına ciddi əməl etməyə çağırdı. Prezidentimiz hər kəsə göstərdiyi diqqət və qayğı ilə hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübuta yetirdi.
Bu gün də möhtərəm Prezidentimiz tərəfindən operativ olaraq görülən qabaqlayıcı tədbirlər, ölkəmizdə inşa edilən ən müasir “Yeni Klinika”lar, əhalinin sağlamlığının qorunması məqsədilə görülən işlər Azərbaycan xalqı tərəfindən bəyənilir və təsdiq edilir.
Biz əminik ki, çox hörmətli möhtərəm Prezidentimizin gördüyü tədbirlər nəticəsində xalqımız tezliklə COVİD-19 bəlasından çox az itkilərlə qurtulacaq. Prezident İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öldürücü virusdan sağ-salamat qurtulacaq. Buna görə dünyada ən ümdə gedən ölkələrdən birincisi olacaq.
Bir vətəndaş kimi bütün xocalılar adından möhtərəm Prezidentimizə öz dərin təşəkkürümüzü bildiririk. Onun daima apardığı müdrik və uzaqgörən siyasətini bəyənir və dəstəkləyirik. Xalqımız həmişə Prezidentimizin siyasətini dəstəkləyərək onun yanında olub və bundan sonra da olacaqdır. Möhtərəm Prezidentimizə uzun ömür, cansağlığı, yorulmaz fəaliyyətində uğurlar diləyirik. Allah Sizi və xalqımızı qorusun!
Bayramov İslam Binnət oğlu,
Xocalı rayon ziyalısı